Çempionlar Liqasının II turunu idarə edəcək hakimlər müəyyənləşib | |
Qadın voleybolçular arasında Çempionlar Liqasının II turunu idarə edəcək hakimlər müəyyənləşib. Təmsilçimiz “Lokomotiv”in Moskva “Dinamo”su ilə oyunu ukraynalı Viktor Kozlovskiyə etibar edilib. Oktyabrın 31-də keçiriləcək matçda köməkçi hakim funksiyasını hollandiyalı Peter Qroenevegen yerinə yetirəcək. Həmin gün İstanbulda baş tutacaq “Əczaçıbaşı” – “Azərreyl” görüşünü rusiyalı Andrey Zenoviçlə makedoniyalı Nikola Miçevski idarə edəcək. Oktyabrın 1-də “Sərhədçi” Olimpiya Mərkəzində “Rabitə” – “Villa Kortese” dueli isə Viktor Markov (Rusiya) və Bülənt Bozqurta (Türkiyə) tapşırılıb. |
|
Xəbər 928 dəfə oxundu. |
|
|