III Avropa Oyunları: Karateçimiz Fidan Teymurova ilk qələbəsini qazanıb
Azərbaycan karateçisi Fidan Teymurova Polşada keçirilən III Avropa Oyunlarında ilk qələbəsini qazanıb.

Turnirdə 50 kiloqram çəki dərəcəsində çıxış edən karateçimiz təsnifat mərhələsinin A qrupunda ikinci döyüşündə Almaniya təmsilçisi Şara Vinnidin Hubrixə qalib gəlib.

İlk döyüşdə İtaliya idmançısı Erminiya Perfettoya məğlub olan karateçimiz qrupda sonuncu görüşünü türk Serab Özçelikə qarşı keçirəcək.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında Bakı-2015-də 2-ci, Minsk-2019-da 10-cu yeri tutub.

Xəbər 148 dəfə oxundu.