AFFA növbəti məşqçi kurslarını keçirəcək
AFFA növbəti məşqçi kurslarını keçirəcək. C kateqoriyalı kurslar dekabrın 18-dən 26-dək olacaq.

Burada iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)

Kurslarda iştirak üçün ödənişin məbləği 500 manatdır. Ödəniş nağd və ya köçürmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 489 50 66, +994 12 490 83 08
E-mail: anar.shikhaliyev@affa.az
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.

Qeyd edək ki, kurslarda yerlər məhduddur və sənədlərini ilk təqim edən 18 nəfər iştirak edə biləcək.

affa.az

Xəbər 1126 dəfə oxundu.