FIDE-nin “Fair Play” Komissiyası Bakıda seminar təşkil edəcək
Azərbaycanda təşkil olunacaq şahmat üzrə Dünya Kuboku günlərində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

Bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Azərbaycan Şahmat Federasiyası və Beynəlxalq Şahmat Federasiyasının “Fair Play” Komissiyası paytaxtımızda beynəlxalq seminar təşkil edəcək. İyulun 31-də başlayacaq seminarda iştirakçılar yarışlarda nəzəri və praktiki məsələlər barədə müzakirə aparacaqlar.

Seminarda FIDE-nin “Fair Play” Komissiyasının rəhbəri Yuri Qarret də məruzəçi qismində çıxış edəcək.

Xəbər 147 dəfə oxundu.