Bakıda üzgüçülük üzrə Açıq Yay çempionatı start götürüb
İyunun 20-də Bakı Su İdman Sarayında üzgüçülük üzrə Açıq Yay çempionatına start verilib.

Bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarışlarda ümumilikdə 16 komanda iştirak edir. Çempionata bölgələrdə fəaliyyət göstərən komandalar da dəvət ediliblər.

Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov belə yarışlarda yerli idmançıların öz qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün çox yaxşı şəraitin olduğunu deyib: “Biz bu kimi çempionatların və turnirlərin keçirilməsini çox yüksək qiymətləndiririk. Belə yarışlar böyük idman potensialı olan üzgüçülərin aşkar olunmasında yardımçı olur. Burada bölgələrdən də idmançıların qatılmağı çox təqdirəlayiqdir. Ümidvaram ki, mütəmadi keçirilən açıq çempionatlar və yarışlar ölkədə üzgüçülük idman növünə marağı artıracaq”.

Açıq Yay çempionatı Azərbaycan Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyi və Bakı Su İdman Sarayının birgə təşkilatçılığı ilə reallaşıb və iyunun 22-dək davam edəcək.

Xəbər 149 dəfə oxundu.