Rail Məlikovun komandası məğlub olub
Azərbaycanlı futbolçu Rail Məlikov bu gün “Dənizlispor”un heyətində Türkiyə I liqasında növbəti maçına çıxıb. İdman.com.az saytının məlumatına görə, həmyerlimizin komandası səfərdə “Qartalspor”un gücünü yoxlayıb.

Oyun ev sahiblərinin qələbəsi ilə başa çatıb. 70-ci dəqiqədə Yıldızın vurduğu qol “Qartalspor”a 3 xal qazandırıb. Start heyətində meydana çıxan Məlikov qarşılaşmanı əvəzolunmadan keçirib.

Qeyd edək ki, IX turdan sonra aktivində 11 xalı olan “Dənizlispor” turnir cədvəlində 10-cu yerdə qərarlaşıb.

Xəbər 1084 dəfə oxundu.