“Neftçi”də istefa dalğası
“Neftçi” klubundan istefa verənlərin adları məlum olub. İdman.com.az saytı apasport.az-a istinadən məlumat verir ki, Topaz Premyer Liqasının hesabat turunda “Rəvan”a uduzduqdan sonra baş məşqçi Böyükağa Hacıyev də daxil olmaqla “ağ-qaralar”ın məşqçilər korpusu və klubun rəhbərliyi, o cümlədən vitse-prezident Tahir Süleymanov istefa verib.

Bununla bağlı son qərarı isə “Neftçi”nin prezidenti Sadıq Sadıqov verəcək. Məsələ ilə əlaqədar komanda rəsmilərinin münasibətini öyrənmək cəhdimiz baş tutmayıb.

Qeyd edək ki, “Neftçi” rəhbərliyi Topaz Premyer Liqasının hesabat turunda “Rəvan”a 0:2 hesabı ilə uduzduqdan sonra bu addımı atıb.

Xəbər 1449 dəfə oxundu.