"Rəvan" “Neftçi”yə qalib gəldi
Bu gün Topaz Premyer Liqasında X tura yekun vurulub. İdman.com.az saytının məlumatına görə, turun son qarşılaşmasında “Rəvan” “Neftçi”ni qonaq edib.

Oyunda “ağ-qaralar”ın qələbə qazanacağı gözlənilsə də, bu reallaşmayıb. 3 gün öncə Avroliqada “Rubin”ə 0:1 hesabı ilə uduzan Böyükağa Hacıyevin komandası, bu dəfə məğlubiyyət acısını “Rəvan” yaşadıb. Onlar “ağ-qaralar”ın qapısından 2 cavabsız qol keçiriblər. Bununla da 4 pillə irəliləyən “Rəvan” 6-cı yerə yüksəlib.

Topaz Premyer Liqası. X tur
28 oktyabr (bazar)

“Rəvan” – “Neftçi” - 2:0
Qol: Nikolay Orlovskiy, 33; Juan Manuel Varela, 77 (p)
Hakimlər: Əliyar Ağayev, Elman Musayev, Namiq Hüseynov, Fuad Həsənov
“Bayıl Arena” stadionu

Xəbər 926 dəfə oxundu.