«Anji» Qaytanı «ovlayır»
Rusiyanın son dövrdə parlayan klubu – Mahaçqala «Anji»si transferə ara vermir. Klub, deyəsən, yeni ulduzunu tapıb. Macar Balaj Cucakda axtardığını tapa bilməyən və bu mövsüm başında onu Moskva «Dinamo»suna göndərən «Anji» ulduz bir qanad oyunçusu axtarırdı.

Argentinalı Nicolas Qaytan üçün klubu «Benfika»yla razılaşan «Anji» oyunçuya bonuslar və mükafatlar nəzərə alınmamaqla, illik 5 milyon avro təklif edib.

İdman.com.az saytının məlumatına görə, «Anji» Qaytanı hələ yaz dövründə almaq üçün səy göstərmişdi. Klubun braziliyalı futbol direktoru Roberto Karlosun səyləri ilə Qaytan indi razı salınıb. Argentinalı üçün «Anji»nin ən azf 16 milyon avro ödəyəcəyi gözlənilir.

Xəbər 1068 dəfə oxundu.