Kroyfun evini yardılar
Naməlum soyğunçular niderlandlı futbol əfsanəsi, Qızıl topun üçqat (1971, 1973, 1974), 1974-cü il dünya çempionatının Niderland yığması ilə gümüş medalının sahibi Yohan Kroyfun Barselonadakı evini yarıblar. Oğrular evdən 500 min avro dəyərində zinyət əşyaları aparıblar.

İdman.com.az saytının məlumatına görə, onlar «Barselona»nın keçmiş oyunçusu və məşqçisinin evinə eyvandan giriblər. Katalon polisi cinayətin təhqiqinə başlayıb. 65 yaşlı Kroyf özü isə hazırda Meksikada səyahətdədir.

Xəbər 1053 dəfə oxundu.