Soydaşımız Bratislavada RFA çempionatının qalibi olub
Bratislava şəhərində keçirilən “Real Fight Arena” (RFA) üzrə qaydasız döyüş çempionatında MMA üzrə peşəkar idmançı Yüksəl İbrahimov böyük uğur qazanıb.

Həmyerlimiz slovakiyalı rəqibini 36-cı saniyədə boğucu fəndlə məğlub edərək qələbəyə nail olub. O, qələbəsinin elan edilməsi zamanı Azərbaycan bayrağını dalğalandırıb.

Yüksəl İbrahimov 22 iyun 1995-ci ildə Azərbaycanın Tovuz şəhərində anadan olub. Peşəkar K-1 və MMA döyüşçüsüdür. 2019-cu ildən etibarən Slovakiyada qaydasız döyüş, boksinq və kikboksinq üzrə dərs deyir. Eyni zamanda, K-1 və MMA üzrə yarışlarda iştirak edir.

Xəbər 121 dəfə oxundu.