Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Almaniyaya yollanıb
İyunun 17-dən 26-dək Almaniyanın paytaxtı Berlində Ümumdünya Xüsusi Yay Olimpiya Oyunları keçiriləcək.

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin atletika, badminton, basketbol (qızlar), cüdo, bədii gimnastika, həndbol (qızlar), pauerliftinq (ağırlıqqaldırma), stolüstü tennis, üzgüçülük və voleybol (oğlanlar) idman növləri üzrə yığma komandalarından ibarət 72 nəfər nümayəndə heyəti Oyunlarda iştirak edəcək.

Nümayəndə heyətinin əksəriyyəti təhsil sisteminin tam orta, inklüziv, xüsusi yardımçı məktəb və internatların fiziki tərbiyə müəllimləri və şagirdlərindən ibarətdir.

Azərbaycan nümayəndə heyəti iyunun 12-də Almaniyaya yola düşüb.

Qeyd edək ki, Xüsusi Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi iyunun 17-də Olimpiya Stadionunda, bağlanış mərasimi isə iyunun 25-də İkonik Brandemburq qapısında baş tutacaq.

Xəbər 123 dəfə oxundu.