Fernando Alonso “Audi” komandasında yerə potensial namizəddir
2026-cı ildə Formula 1-də İnqolştatda olan kompaniyanın hazırda “Alfa Romeo” brendi ilə çıxış edın “Sauber”in bazasında yaradacağı “Audi” zavod yürüş komandası trasa çıxacaq. Yeni kollektivin meydana çıxması istiqamətində ilk addım “Audi” şirkətinin “Sauber”in səhmdarı olduğu 2023-cü ilin yanvarında atılıb. Yarım ildən sonra “Sauber Group”un icraedici direktoru Alunni Bravi Formula 1-in ikiqat çempionu Fernando Alonsonya maraq göstərdiyini bəyan edib. Pilot hazırda “Aston Martin” zavod komandasında çıxış edir.

Alessandro Alunni Bravi “Mundo Deportivo”ya müsahibəsində deyib: “Mən, hətta 45 və daha çox yaşı olduqda belə Fernando ilə kontrakt imzalamağa hazıram. Alonsonu “McLaren”də onun komanda yoldaşının Stoffel Vandornun meneceri olduğum vaxtdan yaxşı tanıya bilmişəm. Mən Fernandonun pilot kimi günü-gündən yerinə yetirdiyi işi öz gözlərimlə görmüşəm, onun bacarığının və böyük qətiyyətinin şahidi olmuşam. O, çempiondur. Əgər müəyyən keyfiyyətlərə malik deyilsinizsə, Formula 1-in ikiqat çempionu titulunu qazana bilməzsiniz. Onu hazırkı formasında görmək mənim üçün xoşdur. Açıq söyləmək istəyirəm ki, Alonso Formula 1-in ən yaxşı pilotlarından biridir”.

Xatırladaq ki, bundan əvvəl “Audi”nin Almaniyadakı Noyburqe-an-der-Donayda yeni komanda üçün güc aqreqatı yaradacağı məlum olub. “Sauber” isə yürüş avtomobilini özünün İsveçrənin Hinvill şəhərindəki fabrikində hazırlayacaq və istehsal edəcək. Bu kompaniya, həmçinin yürüş əməliyyatlarının planlaşdırılması və keçirilməsinə cavabdeh olacaq.

Xəbər 148 dəfə oxundu.