Qusarda yeniyetmə və gənc voleybolçular arasında seleksiya yarışı təşkil olunub | |
Azərbaycan Voleybol Federasiyasının (AVF) nümayəndələri Qusarda yeniyetmə və gənc voleybolçular arasında təşkil olunmuş seleksiya yarışını izləyiblər. Qusar Olimpiya İdman Kompleksində keçirilən turnirdə 15 yaşadək qızlar və oğlanlardan ibarət 15 komanda mübarizə aparıb. Oyunlardan əvvəl turnirin açılış mərasimi olub. Tədbirdə AVF-nin nümayəndələri Xəzər İsayev, Vidadi Hacıyev, Qusar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ceyhun Hacıyev və Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov və digər qonaqlar iştirak ediblər. Daha sonra qarşılaşmalara start verilib. Olimpiya sistemi ilə təşkil olunan yarışda qızların mübarizəsində “Sumqayıt-1” komandası birinci olub. Oğlanların yarışında isə “Qusar” komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, türk voleybol mütəxəssisi Şahin Çatma da yarışı izləyib və uşaqlarla görüşüb. O, matçlara baxışdan sonra müəyyən etdiyi kriteriyalara uyğun gələn istedadlı voleybolçuların qeydiyyatını aparıb. Bölgələrdə seleksiya xarakterli yarışların təşkilində əsas məqsəd perspektivli gənc oyunçuların müəyyənləşdirilməsi və onların gələcəkdə milli komandaya cəlb olunmasıdır. |
|
Xəbər 161 dəfə oxundu. |
|
|