Şahmatçımız Şəhriyar Məmmədyarov "Norway Chess" turnirində yeddinci olub | |
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində sonuncu oyununu keçirib. 38 yaşlı qrossmeyster doqquzuncu turda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gəlib. Görüş 36-cı gedişdə heç-heçə ilə yekunlaşdığından armageddon oynanılıb. Burada daha dəqiq oynayan Giri Azərbaycan təmsilçisini məğlub edib. Beləliklə, Şəhriyar Məmmədyarov 11 xalla turniri yeddinci pillədə başa vurub. |
|
Xəbər 148 dəfə oxundu. |
|
|