UEFA Çempionlar Liqasının finalı: “Mançester Siti” ilə “İnter” üz-üzə
Bu gün UEFA Çempionlar Liqasında 2022-2023-cü il mövsümünə yekun vurulacaq.

Həlledici matçda “Mançester Siti” və “İnter” komandaları üz-üzə gələcəklər.

İstanbuldakı Atatürk Olimpiya stadionunda keçiriləcək matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndiriləcək.

İngiltərə təmsilçisi qələbə qazanarsa, mövsümü trebllə başa vuracaq. “Mançester Siti” bunadək İngiltərə kubokunun və Premyer Liqanın qalibi olub.

Xəbər 105 dəfə oxundu.