"Səbail" klubu Maksim Çexlə yollarını ayırıb
"Səbail" klubu ötən yay "Şaxtyor"dan (Donetsk) icarəyə götürdüyü Maksim Çexlə yolların ayrıldığını açıqlayıb.

Oyunçunun məxsus olduğu “Şaxtyor” (Donetsk) klubu ilə mövsümün sonunda başa çatan icarə müqaviləsinin müddətinin yenilənməyib.

Maksim Çex 2019-cu ildə Ukraynanın U-20 milli komandası ilə dünya çempionatının qalibi olub.

O, 2022-2023-cü il mövsümü Azərbaycan Premyer Liqasında 29, Azərbaycan kuboku yarışında iki matç daxil olmaqla "Səbail"də, ümumilikdə, 31 oyun keçirib, 2 qol vurub.

Xəbər 118 dəfə oxundu.