“Sumqayıt” klubu müdafiəçisi ilə müqaviləni yeniləyib
Növbəti mövsümün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə anlaşıb.

Komanda Elvin Bədəlovla yeni müqavilə imzalayıb. İyirmi yeddi yaşlı müdafiəçi ilə ikiillik anlaşma əldə olunub.

Qeyd edək ki, 2019-cu ildən “Sumqayıt”ın şərəfini qoruyan E.Bədəlov bu komandada 84 oyunda meydana çıxıb.

Xəbər 137 dəfə oxundu.