“Sabah” – “Beşiktaş” xeyriyyə oyunundan əldə olunan vəsaitin məbləği bəlli olub
Mayın 13-də Bakıda keçirilmiş “Sabah” – “Beşiktaş” xeyriyyə oyunundan (3:3) əldə olunan vəsaitin məbləği bəlli olub.

Qarşılaşmanın gəliri 718 min 19 manat təşkil edib.

Oyundan əldə edilən vəsait ən qısa zamanda “Beşiktaş” klubu tərəfindən yaradılmış “Bırakmam seni Türkiyem” yardım kampaniyasının hesabına köçürüləcək.

Bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrdə məktəb tikintisi üçün xərclənəcək.

Xəbər 82 dəfə oxundu.