Anton Kuzmin: “Əziz Şuşa” yarışının bugünkü mərhələsində yaxşı nəticə göstərə biləcəyimizə ümid edirəm
“Əziz Şuşa” yarışının marşrutu spesifikdir, eyni zamanda mürəkkəbdir. Yol boyu küləkli hava şəraitində yarışırıq, düzənlik, dağlıq ərazilərdən keçirik. Turnirin dağ mərhələlərində hər bir idmançı öz bacarıqlarını nümayiş etdirə biləcək.

Bu sözləri açıqlamasında Qazaxıstanın “Almaty Astana Motors” komandasının üzvü Anton Kuzmin söyləyib.

O deyib ki, bugünkü mərhələnin marşrutu düzənlik ərazidən keçəcək, finişə doğru sprinter yarışı gözlənilir. Ümid edirəm, bu gün yaxşı nəticə göstərə biləcəyik.

Xəbər 161 dəfə oxundu.