Qazaxıstanlı velosipedçi: Gücümüzü “Əziz Şuşa” yarışının dağ mərhələlərinə saxlamışıq
Azərbaycanda təşkil olunan velosiped yarışında ilk dəfədir iştirak edirəm. Yarış çox maraqlı keçir. Birinci mərhələnin marşrutu dağlıq ərazidən keçirdi və hava küləkli idi. Bu yarışda finişə onuncu çatdım.

Bu sözləri Qazaxıstanın “Almaty Astana Motors” komandasının üzvü Remxi Rudolf açıqlamasında deyib.

Velosipedçi qeyd edib ki, veloturun ikinci mərhələsində komanda yoldaşım səkkizinci oldu. Yarış bizim üçün hələ orta səviyyədə davam edir. Bu mərhələdən gözləntilərimiz azdır. Gücümüzü dağ mərhələlərinə saxlamışıq.

Qeyd edək ki, elit yaş kateqoriyasında kişilərin mübarizə apardığı veloturun ikinci mərhələsinin qalibi Niderlandın "Universe Cycling Team" klubunun üzvü Luk Şurmans olub. Bolqarıstan milli komandasının üzvü Nikolay Genov ikinci, Çinin "China Glory Continental" klubunun velosipedçisi Julien Trarieux üçüncü yerə layiq görülüblər. Yarışın ilk mərhələsində isə bolqarıstanlı Martin Papanov bütün rəqiblərini qabaqlayaraq birinci olub. İtaliya təmsilçisi Ansalone Emanuele yarışı ikinci, rumıniyalı Sergey Tveçkov isə üçüncü pillədə başa vurublar.

Xəbər 257 dəfə oxundu.