Elnarə Musayeva: “Əziz Şuşa” veloturunun üçüncü mərhələsi velosipedçilər üçün sürətli olacaq
“Əziz Şuşa” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi keçirilir. Qəbələdən start götürən velosipedçilər 170 kilometr qət edərək Gəncədə finiş xəttini keçəcəklər. Veloturun üçüncü mərhələsi sürətli olacaq.

Bu sözləri Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva açıqlamasında deyib.

Bildirib ki, bu mərhələ digərləri ilə müqayisədə idmançılar üçün yüngül olacaq. Çünki qabaqda velosipedçiləri çox çətin - Göygöl və Şuşa mərhələləri gözləyir.

Qeyd edək ki, elit yaş kateqoriyasında kişilərin mübarizə apardığı veloturun ikinci mərhələsinin qalibi Niderlandın "Universe Cycling Team" klubunun üzvü Luk Şurmans olub. Bolqarıstan milli komandasının üzvü Nikolay Genov ikinci, Çinin "China Glory Continental" klubunun velosipedçisi Julien Trarieux üçüncü yerə layiq görülüblər.Azərbaycan millisinin üzvlərindən Kamran Mirzəxanov böyük əzmkarlıq göstərərək pelotondan ayrılmağı bacarıb və finiş xəttini lider qrupun tərkibində keçib. İdmançımız 9-cu yerdə qərarlaşıb.

Xəbər 246 dəfə oxundu.