Karpol Azərbaycanı nümunə göstərdi
Əfsanəvi məşqçi Nikolay Karpol Azərbaycanı nümunə göstərib. İdman.com.az saytının məlumatına görə, mütəxəssis Rusiya mətbuatına verdiyi açıqlamasında Superliqalarında legioner limitinin düzgün olmamasından danışıb. O çalışdırdığı “Uraloçka”nın Çempionlar Liqasının qrup mərhələsində “Kann”la oyun öncəsi durumunu şərh edərkən maraqlı açıqlamalarla diqqəti çəkib. Karpol bildirib ki, Azərbaycanda legioner limitinin olmaması aparıcı voleybol ölkəsinə çevrilməyi üçün yaxşı haldır:

“Biz adətən dünya yığması prinsipi ilə qurulmuş klublara qarşı mübarizə aparmalı oluruq. Rusiyada isə Superliqada qoyulmuş legioner limitinə görə belə kollektiv qura bilmirik. Bir İtaliyaya nəzər salın. Avropa İttifaqına daxil olan ölkələrin vətəndaşları onların çempionatlarında legioner sayılmırlar. Qadın voleybolunda tədricən əsas rolu oynamağa başlayan Azərbaycan klublarının heyətində isə uzağı 2 yerli voleybolçu var”.

Karpol ən yaxşı variant kimi isə Türkiyə çempionatını seçib: “Bu ölkənin komandaları avrokuboklara bəzən 5 legioner sifariş edirlər. Ona görə ki, onların daxili çempionatlarında rotasiyaya icazə verilib. Yəni, türklərdə də legioner limiti Rusiyadakı kimi sərtdir, sadəcə bu bütün mövsümə deyil, hər oyuna ayrıca şamil olunur. Düşünürəm ki, əgər biz ÇL-ı qazanmaq istəyiriksə, onların təcrübəsindən yaralanmalıyıq”.

Xəbər 907 dəfə oxundu.