“Pendikspor” ilk dəfə Türkiyə Super Liqasına vəsiqə qazanıb
Futbol üzrə Türkiyə Super Liqasına vəsiqə qazanan sonuncu komanda müəyyənləşib.

Elitaya vəsiqə uğrunda "Pendikspor" və "Bodrumspor" komandaları pley-off mərhələsində üz-üzə gəliblər. "Pendikspor" 2:1 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Super Liqaya vəsiqə qazanıb.

İstanbul təmsilçisi 1950-ci ildə yaradılsa da, Birinci Liqada ilk dəfə bu mövsüm oynayıb. Yəni komanda ilk cəhdində Super Liqaya vəsiqəni təmin edib.

Qeyd edək ki, daha əvvəl "Rizəspor" və "Samsunspor" da elitaya vəsiqəni təmin etmişdi.

Xəbər 122 dəfə oxundu.