Basketbol üzrə Azərbaycan millisi Serbiyada hazırlıqlarını davam etdirir
İyunun 1-dən etibarən 3x3 basketbol üzrə milli komanda Serbiyanın Novi Sad şəhərində təlim-məşq toplanışına start verib.

Zədə səbəbindən bir müddət millimizdən ayrı qalmış kapitan Amil Həmzəyev də məşqlərə qoşulub.

Yığma komanda hazırlıq prosesini iyunun 15-də yekunlaşdıracaq.

Bu təlim-məşq toplanışında əsas məqsəd iyunun 17-18-də Kiprin Limassol şəhərində keçiriləcək Avropa Kubokunun seçmə mərhələ oyunlarına hazırlaşmaqdır. Qeyd edək ki, millimiz Avropa Kubokunun seçmə mərhələsində A qrupunda yerli Kipr, Lüksemburq və Malta yığmaları ilə mübarizə aparacaq.

Xəbər 135 dəfə oxundu.