“Səbail” klubu futbolçusu Nihad Qurbanlı ilə yollarını ayırıb | |
Bakının “Səbail” klubu futbolçusu Nihad Qurbanlı ilə yollarını ayırıb. Oyunçu ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib. Bununla da mövsüm başa çatdıqdan sonra "Səbail"in yolları ayırdığı futbolçuların sayı 9-a çatıb. Nihad Qurbanlı ötən ilin sentyabrında Bakı təmsilçisinə transfer olunmuşdu. O, 2022-2023-cü il mövsümündə meydana çıxdığı 15 oyunda 1 qol ötürməsi edib. Xatırladaq ki, "Səbail" bundan əvvəl Luvaqa Krizito, Qustavo de Fransa, Qoba Zakpa, Franko Mazurek, Petro Stasyuk, Emil Martinov, Ruslan Hacıyev, Mirabdulla Abbasovla vidalaşıb. |
|
Xəbər 114 dəfə oxundu. |
|
|