Bolqarıstanlı velosipedçi Martin Papanov "Əziz Şuşa” beynəlxalq yarışının birinci mərhələsinin qalibi olub
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışının birinci mərhələsi başa çatıb.

100-dən artıq velosipedçinin qatıldığı mübarizəyə Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan start verilib. İlk mərhələdə velosipedçilər 150 kilometr məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçiblər.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda bolqarıstanlı Martin Papanov bütün rəqiblərini qabaqlayaraq birinci olub. İtaliya təmsilçisi Ansalone Emanuele yarışı ikinci, rumıniyalı Sergey Tveçkov isə üçüncü pillədə başa vurublar.

Yarışdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Xəbər 151 dəfə oxundu.