Qadınlardan ibarət Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək
Qadın futbolçulardan ibarət Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunları çərçivəsində iki görüşdə qüvvəsini sınayacaq.

Siyasət Əsgərovun baş məşqçi olduğu komanda iyulun 14-də və 17-də Riqadakı “Yanis Skredelis” stadionunda Latviya yığması ilə üz-üzə gələcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xəbər 116 dəfə oxundu.