“Lokomotiv”in kapitanı: “Oyunumuzu göstərə bilmədik”
“Biz ən yaxşı oyunumuzu göstərə bilmədik”. İdman.com.az saytının məlumatına görə, bunu Bakının “Lokomotiv” klubunun voleybolçusu Diana Nenova deyib. Bolqarıstanlı legioner Çempionlar Liqasında Serbiya “Srvena Zvezda”sı ilə debüt matçlarına münasibət bildirib. Kapitanın sözünə görə, oyunun taleyini təcrübə həll edib:

“Gərgin matç alındı. Lakin sonda heyətimizdə yer alan voleybolçuların təcrübəsi qələbəmizi rəsmiləşdirdi”.
Qeyd edək ki, “Lokomotiv” oyunun gedişində 1:2 hesabı ilə geridə olsa da, yekunda 3:2 hesabı ilə qalib gəlməyi bacarıb.

Xəbər 1142 dəfə oxundu.