Kapoeyra üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kapoeyra üzrə Azərbaycan çempionatı keçirilib.

iki gün davam edən yarışda uşaq, yeniyetmə və gənclər arasında müxtəlif çəki və yaş kateqoriyalarında qaliblər müəyyənləşib.

Qızların yarışında Səma Tahirli, Yağmur İsmayılova, Asya Atayeva, Mehriban Hacıbabayeva, oğlanların mübarizəsində isə Nail Ənvərli, Məhəmməd Cabbarlı, Mikayıl Tağıyev, Fikrət Dadaşov, Davud Hüseynli, Nicat Cəfərli, Əli Tağızadə , Bəhlul Nadirov, Azər Orucov, Dilqəm İsmayılov və digərləri fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Azərbaycan Kapoeyra Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışın qalibləri milli komandanın heyətinə cəlb olunub və qarşıdakı beynəlxalq turnirlərdə ölkəmizi təmsil etmək hüququ əldə ediblər.

Xəbər 124 dəfə oxundu.