“Spartak” – “Benfika” oyununda azərbaycanlı
Çempionlar Liqasının “G” qrupunda keçirilən “Spartak” (Moskva, Rusiya) – “Benfika” (Portuqaliya) oyununun UEFA tərəfindən tədbirin direktoru (UEFA Venue Director) vəzifəsini azərbaycanlı həyata keçirib. İdman.com.az saytının məlumatına görə, bu, UEFA-nın Klubların lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin assistenti Elçin Məmmədov olub. O, bu vəzifəyə qədər AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri işləyib. Qeyd edək ki, “Spartak” – “Benfika” matçı ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər 1060 dəfə oxundu.