Azərbaycan ağırlıqqaldıranları Kuba Qran-Pri turnirində iştirak edəcəklər
Azərbaycan ağırlıqqaldıranları iyunun 8-də Kubanın paytaxtı Havanada start götürəcək Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Qran-Pri turnirində iştirak edəcəklər.

Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, 11 gün davam edəcək turnirdə Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) körpücük üzərinə çıxacaqlar.

2024-cü ildə Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışa 72 ölkədən 409 idmançının qatılacağı gözlənilir.

Xəbər 171 dəfə oxundu.