Şahmatçımız Şəhriyar Məmmədyarov "Norway Chess" turnirində növbəti oyununu keçirəcək
Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirəcək.

38 yaşlı qrossmeyster yeddinci turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.

Şəhriyar Məmmədyarov ötən turda armageddonda Uesli Soya (ABŞ) yenilib. O, hazırda 8 xalla beşinci pillədə qərarlaşıb. Nakamura isə 11 xalla ikinci sıradadır.

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.

Xəbər 142 dəfə oxundu.