“Lester” klubu yeddi futbolçu ilə yollarını ayırıb
Çempionşipə düşən İngiltərənin “Lester” klubu yeddi futbolçu ilə yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yuri Tilemans, Çağlar Söyüncü, Nampalis Mendi, Daniel Amarti, Rayan Bertran, Ayose Perse və Tete komandadan göndərilib.

Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Çağlar Söyüncünün "Atletiko"ya keçəcəyi gözlənilir.

Xəbər 112 dəfə oxundu.