Bundesliqa təmsilçisi Yaponiya millisinin üzvü ilə vidalaşıb
Almaniyanın “Ayntraxt” klubu futbolçusu Daiti Kamada ilə vidalaşıb.

Yaponiya millisinin üzvü Almaniya klubunu azad agent olaraq tərk edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İtaliyanın “Milan” komandası Kamada ilə şərti razılıq əldə etsə də, tərəflər hələ ki rəsmi müqavilə imzalamayıb.

Xəbər 122 dəfə oxundu.