“Borussiya” klubu Rami Bensebaynini azad agent kimi heyətinə cəlb edib
Almaniyanın “Borussiya” futbol klubu Rami Bensebaynini azad agent kimi heyətinə cəlb edib.

Dortmund təmsilçisi əlcəzayirli müdafiəçi ilə dördillik müqavilə bağlayıb. Tərəflər 2022-ci ildən razılıq əldə edib.

Futbolçunun son komandası “Borussiya” (Mönhenqladbax) olub.

Qeyd edək ki, Bensebayni 2022-2023-cü il mövsümündə bütün turnirlərdə 30 matçda iştirak edib, 7 qol vurub və 1 qolun ötürməsini edib.

Xəbər 112 dəfə oxundu.