“Neftçi” qapıçısı İvan Brkiçlə müqaviləni yeniləyib
Bakının “Neftçi” futbol klubu qapıçısı İvan Brkiçlə müqavilənin müddətini uzadıb.

28 yaşlı qolkiperlə ikiillik müqavilə imzalanıb.

Qeyd edək ki, 2022-ci ilin yanvarında "Neftçi”nin formasını geyinən xorvatiyalı oyunçu bu müddətdə Premyer Liqada 37, ölkə kubokunda 9, avrokuboklarda isə 4 görüşdə meydanda olub.

Xəbər 121 dəfə oxundu.