“Qəbələ” klubu müdafiəçi Məqsəd İsayevlə yollarını ayırıb
“Qəbələ” klubu müdafiəçi Məqsəd İsayevlə yollarını ayırıb.

2021-ci ilin yayından “qırmızı-qara” forma geyinən 29 yaşlı futbolçunun müqavilə müddəti başa çatıb. O, iki mövsüm ərzində 73 matçda 4 qol vurub.

Məqsəd İsayev Premyer Liqada 61 (3 qol), kubokda 10 (1 qol), Konfrans Liqasında 2 matçda iştirak edib. Müdafiəçi komandamızın heyətində Azərbaycan kubokunun qalibi adını qazanıb.

“Qəbələ” M.İsayevə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xəbər 105 dəfə oxundu.