“Kəpəz” daha bir futbolçusu ilə yollarını ayırıb
Gəncənin “Kəpəz” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Müqavilə müddəti başa çatan Yusif Nəbiyev komandanı tərk edib. İyirmi altı yaşlı müdafiəçi bu barədə öz instaqram səhifəsində paylaşım edib.

Yusif Nəbiyev ötən ilin yayından Gəncə klubunda çıxış edirdi.

Qeyd edək ki, “Kəpəz” Mario Mustapiç, Salif Sisse və Fərid Nəbiyevlə yollarını ayırıb.

Xəbər 148 dəfə oxundu.