“Norway Chess”: Şəhriyar Məmmədyarov ABŞ şahmatçısı ilə üz-üzə gələcək
Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində növbəti oyununu keçirəcək.

38 yaşlı qrossmeyster altıncı turda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.

Şəhriyar Məmmədyarov 7 xalla hindistanlı Qukeş Dommaraku ilə birlikdə 4-5-ci, 6 xala malik So niderlandlı Aniş Giri ilə 7-8-ci yerləri bölüşdürür.

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.

Xəbər 130 dəfə oxundu.