“Səbail” klubu futbolçusu Vüqar Həsənovla müqaviləni yeniləyib
Bakının “Səbail” klubu futbolçusu Vüqar Həsənovla müqaviləni yeniləyib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub müdafiəçi ilə birillik müqavilə imzalayıb.

Futbolçu ötən ilin iyununda Bakı təmsilçisinin heyətinə qoşulub. O, komandada ilk mövsümündə 16 oyunda iştirak edib.

Xatırladaq ki, Bakı təmsilçisi ölkə çempionatında 2022/2023-cü il mövsümü başa çatdıqdan sonra Emil Martinov, Ruslan Hacıyev, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə yollarını ayırıb.

Xəbər 121 dəfə oxundu.