“Qarabağ” klubu Hamidu Keyta ilə üçillik müqavilə imzalayıb
Ağdamın “Qarabağ” klubu yay transfer dönəmində ilk transferini açıqlayıb.

“Zirə”dən ayrılmış Hamidu Keyta ilə üçillik müqavilə imzalanıb.

İyirmi səkkiz yaşlı fransalı hücumçu Ağdam təmsilçisində 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Hamidu Keyta ötən ilin əvvəlində "Zirə"yə keçmişdi.

Xəbər 118 dəfə oxundu.