Dünya çempionatı: Azərbaycanın daha iki taekvondoçusunun ilk rəqibləri bəlli olub | |
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında altıncı günün püşkü atılıb. iyunun 3-də Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulacaq. 62 kq-da Fatimə Məcidova mundailda debüt görüşünə 1/16 finaldan başlayacaq. O, ilk döyüşünü Kristina Kaspa (İtaliya) - Kiem Bak Ti (Vyetnam) cütünün qalibinə qarşı keçirəcək. 74 kq çəkidə qüvvəsini sınayacaq Eltac Qafarovun rəqibi 1/32 final qarşılaşmasının nəticəsinə əsasən bəlli olacaq. Taekvondoçu 1/16 finalda Vasilliy Peruniçiç (Çernoqoriya) - Çarlill Mersyer (Kanada) duelinin güclüsü ilə münasibətinə aydınlıq gətirəcək. Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb. |
|
Xəbər 150 dəfə oxundu. |
|
|