Azərbaycan cüdoçuları Tacikistan Qran-Pri turnirinin ilk günündə üç medal qazanıblar
Azərbaycan cüdoçuları Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran-Pri turnirinin ilk günündə üç medal qazanıblar.

Azərbaycan cüdoçusu Turan Bayramov (60 kq) qızıl medal uğrunda qarşılaşmada neytral statusda çıxış edən Ramazan Abdullayevlə üz-üzə gəlib. Rəqibinə ipponla uduzan T.Bayramov ikinci yerlə kifayətlənib. Digər təmsilçimiz Yaşar Nəcəfov (52 kq) üçüncü yer uğrunda görüşdə türkmənistanlı Hakim Ağaməmmədovla üz-üzə gəlib. İdmançımız cərimə xalları hesabına qalib gələrək turniri üçüncü pillədə başa vurub.

Turnirdə 52 kiloqram çəki dərəcəsində çıxış edən qadınlardan ibarət yığmamızın üzvü Gültac Məmmədəliyeva finalda neytral statusda çıxış edən Alesya Kuznetsovaya uduzaraq gümüş medalla kifayətlənib.

Xəbər 121 dəfə oxundu.