"Ayaks"ın baş məşqçisi istefaya göndərilib
Niderlandın "Ayaks" klubunun baş məşqçisi Con Heytinqa istefaya göndərilib.

Buna Amsterdam təmsilçisinin geridə qalan mövsümdə uğursuz çıxışı səbəb olub.

Klub rəhbərliyi 40 yaşlı mütəxəssislə başa çatan müqavilənin müddətini yeniləməyib.

Mövsümü 69 xalla üçüncü pillədə başa vuran "Ayaks" UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

2016-cı ildən paytaxt təmsilçisində çalışan Con Heytinqa bu ilin yanvarından komandaya başçılıq edirdi.

Xəbər 112 dəfə oxundu.