«Çelsi»də yarpaq tökümü
«Çelsi»də yarpaq tökümü gözlənilir. «The Mirror»da verilən xəbərə görə, London klubu mövsüm sonu müqaviləsi bitən 32 yaşlı Con Terriyə yeni bir təklif etməyəcək. Buna səbəb futbolçunun artıq əvvəlki fiziki formada olmaması və irqçilik iddiasında aldıbı 4 oyunluq cəzadır.

Ulduz futbolçu London klubunda yola salınmağı düşünülən tək oyunçu deyil. «Çelsi»də 34 yaşlı Frank Lempardın da sərbəst buraxılacağı deyilir. Ulduz oyunçuyla ciddi şəkildə maraqlanan klub isə Devid Bekhemin formasını geyindiyi «Los Anceles Qalaksi»di. ABŞ mətbuatının bildirdiyinə görə Los Anceles təmsilçisinin maliyyə çətinlikləri aradan qaldırılıb və ingilis oyunçunu yeni ildə sıralarına qatacaq.

İdman.com.az saytının məlumatına görə, bir başqa müəmma da Eşli Koul məsələsindədir. Mövsüm sonunda müqaviləsi bitəcək olan oyunçuya 1 illik müqavilə təklifinə razılaşmayan ingilis ulduzun, klubdan ayrılacaqların arasında olacağı və Madrid «Real»ının baş məşqçisi Joze Maurinyonun Koulu siyahısına saldığı bildirilir.

Xəbər 1214 dəfə oxundu.