Dünya çempionatı: Daha iki taekvondoçumuz mübarizəni dayandırıb
Azərbaycanın daha iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

Səyyad Dadaşov (54 kq) 1/16 final mərhələsində Özbəkistan idmançısı Omonjon Otajonova, Minayə Əkbərova (46 kq) isə yaponiyalı Ruka Okamotoya məğlub olub.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.

Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.

Xəbər 129 dəfə oxundu.