Çimərlik futbolu üzrə Azərbaycan millisi yoldaşlıq oyununda Türkiyə yığmasına uduzub | |
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib. Bakı Su İdmanı Sarayının çimərlik meydançasında Türkiyə millisinə qarşı oyun 6:5 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib. Emin Həsənzadə və Hüseyn Axundovun dubl etdiyi oyunda millimizin digər qolunu Elçin Qasımov vurub. Komandalar arasında növbəti oyun iyunun 3-də olacaq. |
|
Xəbər 100 dəfə oxundu. |
|
|