Qılıncoynadanlarımız Tbilisidə və Bursada uğur qazanıblar
Oktyabrın 19-21-də Gürcüstan paytaxtı Tbilisidə 23-yaşadək idmançılar arasında Avropa kuboku yarışları keçirilib. İdman.com.az saytının xəbərinə görə, yarışda Azərbaycan idmançısı Sevil Bunyatova həm kubok, həm də qızıl medal, Aidə Ələsgərova bürünc medal qazanıb. Komanda hesabında sablyaçı qızlarımız 44-45 hesabı ilə Ukrayna komandasına uduzaraq gümüş medal qazanıblar. Bu idmançıların hamısı “Neftçi İdman və Sağlamlıq Mərkəzi”nin üzvləridir.

Həmin günlərdə Türkiyənin Bursa şəhərində rapira və şpaqa üzrə III beynəlxalq turnir də keçirilib. 10 ölkənin təmsil olunduğu yarışda komanda hesabında rapiraçı qızlarımız I, şpaqaçı qızlarımız II, şpaqaçı kişilər isə III yerə layiq görülüblər.
Şəxsi yarışlarda şpaqada beynəlxalq dərəcəli idmançımız Nelyubova Yuliya bürünc medal qazanıb.

Xəbər 1886 dəfə oxundu.