Yaşar Bəşirov: Karateçilərimiz Avropa Oyunlarına hazırlıq məqsədi ilə təlim-məşq toplanışında iştirak edirlər
Bakıda təşkil olunan ilk Avropa Oyunları zamanı karate üzrə millimiz 4 qızıl medal qazanaraq birinci yerə çıxmışdı. Hazırda isə bizi sayca üçüncü Avropa Oyunları gözləyir. Karateçilərimiz bu yarışa ciddi hazırlaşırlar.

Bu sözləri Azərbaycanın Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məxsusi müsahibəsində deyib.

Federasiyanın prezidenti Avropada ən çox lisenziya əldə edən federasiyalardan biri olduqlarını bildirərək deyib: “Polşada keçiriləcək üçüncü Avropa Oyunlarında ölkəmizi dörd qız və dörd oğlan karateçi təmsil edəcək. Təbii ki, səkkiz lisenziya əldə etmək çox gözəl nəticədir. İnanıram ki, milli komandamız üçüncü Avropa Oyunlarında uğurla çıxış edərək, Azərbaycanın bayrağını yüksəklərdə dalğalandıracaqlar. Hazırda karateçilərimiz Avropa Oyunlarına hazırlıq məqsədi ilə təlim-məşq toplanışında iştirak edirlər”, - deyə federasiya rəhbəri əlavə edib.

Xəbər 142 dəfə oxundu.